Bu içkini axşam için: Çoxları bunu bilmir
Sağlamlıq
Acqarına limon və ya sirkə suyu içməyin arıqlamağa və maddələr mübadiləsini sürətləndirməyə kömək etdiyi düşünülür, lakin həqiqətən maddələr mübadiləsini dəstəkləyən daha təsirli içkilər də mövcuddur.
News24.az xəbər verir ki, bu baxımdan kefir xüsusilə faydalıdır.
Kefir zəngin probiotik tərkibi sayəsində həzm sistemini dəstəkləyir və bağırsaq florasını tarazlaşdırır. Mütəmadi istehlak edildikdə şişkinlik və qəbizlik kimi problemləri azaldır, acqarına qəbul ediləndə isə maddələr mübadiləsini sürətləndirərək gün ərzində enerji sərfiyyatını artırır.
Uzun müddət diqqətdən kənarda qalmış bu qədim içki indi yenidən sağlam həyat və arıqlama rutininin əhəmiyyətli hissəsinə çevrilir. Həzm və metabolizmi dəstəkləməsi sayəsində kefir, yalnız yağ yandırmağa deyil, eyni zamanda bədənin ümumi sağlamlığını qorumağa da kömək edir.