Bu mineral sulardan içənlərə pis xəbər

Bu mineral sulardan içənlərə pis xəbər Sağlamlıq

Mütəxəssislər bildirirlər ki, son vaxtlar çox yayılan ətirli mineral sular elə də zərərsiz deyil. Bu içkilərin tərkibində gizli şəkər və turşuluq səviyyəsi sağlamlıq üçün risk yaradır.

News24.az xəbər verir ki, qidalanma üzrə mütəxəssislərin sözlərinə görə, bu içkilərin çoxu əslində təbii mineral su deyil, şəkərli və qazlı içki sayılır. Etiketlərində “təbii” yazılsa da, tərkibində süni ətir, turşuluq tənzimləyici və dadlandırıcı maddələr olur.

Ətirli mineral sulardakı turşu diş minasını zədələyə bilər. Daimi istifadə isə mədə yanması və şişkinlik kimi problemləri artırır. Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, bu içkilər uşaqlar və gənclər üçün asılılıq yarada bilər.

Bir şüşə ətirli mineral suda orta hesabla 8–10 qram şəkər olur. Bu da bir insanın gündə qəbul etməli olduğu şəkər miqdarının böyük hissəsini təşkil edir. Mütəxəssislər məsləhət görürlər ki, etiketləri diqqətlə oxuyun və tərkibində heç bir qatqı olmayan təbii mineral suya üstünlük verin. Əgər dad qatmaq istəyirsinizsə, evdə mineral suya təzə meyvə dilimləri əlavə etmək ən sağlam seçimdir.

Xeyrənsə Piriyeva