Bu qidadan uzaq durun – Orqanizmin "məsum" düşməni bəlli oldu
Sağlamlıq
Gündəlik həyatda məsum görünən bir çox qidanın içində gizlənən fruktoza əslində maddələr mübadiləsinin ən aqressiv düşmənlərindən biridir.
News24.az-ın məlumatına görə, həkim Dr. Erkan Sarıyıldız bildirir ki, fruktoza qaraciyərdə yağlanmanı artırır, insulin müqavimətinin yaranmasını sürətləndirir və hüceyrə səviyyəsində erkən qocalmanı sürətləndirə bilər.
Xüsusilə şəkərli qidaların tez-tez və həddindən artıq qəbulu mədəaltı vəzidən davamlı insulin ifrazına səbəb olur ki, bu da 2-ci tip şəkərli diabet riskini yüksəldir. Dr. Sarıyıldız qeyd edir ki, bu proses düzgün şəkildə idarə olunduqda xroniki xəstəlik riskini azaltmaq və sağlam həyat sürmək mümkündür.
Maraqlı məqam odur ki, insanlar şəkəri yalnız şirniyyatlarda və qazlı içkilərdə görürlər, lakin çörək məhsulları, səhər yeməyi taxılları, müxtəlif souslar və xüsusilə “yüngül” etiketli məhsullarda da yüksək miqdarda gizli şəkər mövcuddur.
Bu məhsulların çoxunda yüksək fruktozalı qarğıdalı siropundan istifadə edilir ki, bu da bədəndə ciddi metabolik pozğunluqlara yol aça bilər. Həddindən artıq fruktoza qəbulu qaraciyər xəstəliyi və metabolik sindromun əsas səbəblərindən biri hesab olunur.