Bu şəxslərə kvas içmək olmaz - Həkim xəbərdarlıq etdi

Bu şəxslərə kvas içmək olmaz - Həkim xəbərdarlıq etdi Sağlamlıq

İsti yay günlərində sərinləmək üçün içilən içkilərdən biri də kvasdır.

News24.az xəbər verir ki, Rusiyalı terapevti Daniil Trints kvasın təhlükəsiz gündəlik normasını açıqlayıb.

Həkim bildirib ki, səhhətində problem olmayanlar üçün norma 200–400 millilitr, yəni 1–2 stəkan təşkil edir.

Onun sözlərinə görə, kvasın orta dərəcədə sərin – təxminən 15–20 dərəcə temperaturda içilməsi tövsiyə olunur.

Çünki çox soyuq içki damar spazmına səbəb olaraq boğazda narahatlıq yarada bilər.

Həkim isti havalarda tərkibində şəkər çox olan kvasın içilməsini məsləhət görmür.

Onun sözlərinə görə, belə içkilər susuzluğu yaxşı yatırmır.

Bu məqsədlə 100 millilitrində 30 kilokaloridən az olan, şəkəri az ənənəvi kvas daha uyğundur.

Bununla belə, kvas təmiz içməli suyu əvəz etməməlidir, çünki susuzluğun qarşısını almaqda ən təsirli vasitə məhz sudur.

Trints əlavə edib ki, şəkərli diabeti, xroniki mədə-bağırsaq xəstəlikləri olan şəxslərə, hamilə və süd verən qadınlara, həmçinin kvasın tərkib hissələrinə allergiyası və ya fərdi dözümsüzlüyü olan insanlara bu içkini qəbul etmək tövsiyə edilmir.