Çirkli əllər sizi təhlükəyə atır - 48 saat vaxtınız var

Çirkli əllər sizi təhlükəyə atır - 48 saat vaxtınız var Sağlamlıq

Payız və qış aylarında qəfil qusma və ishal hallarının artmasının əsas səbəblərindən biri norovirus infeksiyasıdır. Bu virus xüsusilə ictimai yerlərdə sürətlə yayılır və məktəblər, iş yerləri və xəstəxanalar kimi çoxsaylı insanların toplandığı məkanlarda daha təhlükəli olur.

News24.az xəbər verir ki, norovirus davamlı quruluşu sayəsində səthlərdə günlərlə qala bilir və əsasən təmas yolu ilə yoluxur.

Daxili xəstəliklər mütəxəssisi Dr. Füsun Topçugil bildirib ki, norovirus çox az miqdarda belə keçə bilən, yüksək davamlılığa malik bir virusdur. Yoluxmanın ən kritik səbəbi isə çirkli əllərdir.

Norovirusun simptomları qəfil başlayan ürəkbulanma və qusma, ishal, qarın ağrısı ilə özünü göstərir. Əlamətlər təmasdan sonra adətən 12–48 saat ərzində ortaya çıxır. Xəstəlik 2–3 gün davam edir. Həm uşaqlarda, həm də böyüklərdə qeydə alınır, lakin yaşlılar və immun sistemi zəif olanlarda daha ağır keçə bilər.