Corabla yatmaq sağlamlıq üçün risklidir? Həkimlərdən xəbərdarlıq

Corabla yatmaq sağlamlıq üçün risklidir? Həkimlərdən xəbərdarlıq Sağlamlıq

Qış aylarının soyuq gecələrində ayaqları isti saxlamaq üçün corabla yatmaq bir çox insanın vərdişinə çevrilib. Lakin son zamanlar həkimlər bu davranışla bağlı ciddi xəbərdarlıqlar edirlər.

News24.az xəbər verir ki, mütəxəssislər çorabla yuxuya getməzdən əvvəl iki dəfə düşünməyi tövsiyə edirlər, çünki bu sadə vərdiş sağlamlıq baxımından bir sıra risklər yarada bilər.

Mütəxəssislər bildirirlər ki, corabla yatmaq bədənin təbii bioritmini poza bilər. Normalda yuxuya gedərkən bədən öz temperaturunu müəyyən qədər aşağı salır və bu, dərin yuxuya keçid üçün vacibdir. corab geyinmək isə bu soyuma prosesini əngəlləyərək bədənin həddindən artıq isinməsinə səbəb ola bilər ki, bu da yuxu keyfiyyətini və hətta daxili orqanların fəaliyyətini mənfi təsir edə bilər.