Covid-19-a yoluxanların - sayı artdı
Sağlamlıq
Yunanıstanda Covid-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayında artım olduğu bildirilib.
News24.az xəbər verir ki, Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) dərc etdiyi həftəlik hesabata görə, 10-16 iyun tarixləri arasında Covid-19 epidemiyası səbəbiylə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 324 nəfər olub.
10-16 iyun tarixləri arasında Covid-19 səbəbiylə 5 nəfər dünyasını dəyişib, 12 nəfər intubasiya olunub. Əvvəlki dörd həftə ərzində xəstəxanaya yerləşdirilmələrin orta sayı 166 olub.
Günel Məlikzadə