Çox az adam bilir: Hər gün 1 stəkan için

Çox az adam bilir: Hər gün 1 stəkan için Sağlamlıq

Son illərdə limonlu su həm dadına görə, həm də sağlamlıq faydalarına görə ən çox seçilən içkilərdən birinə çevrilib.

News24.az xəbər verir ki, dietoloqların sözlərinə görə, suya limon əlavə etmək su içməyi asanlaşdırır və orqanizm üçün bir sıra müsbət təsirlər yaradır.

Limonlu su bədənin maye balansını qorumağa kömək edir, çünki şəkərsiz və faydalı alternativ olaraq su qəbulunu artırır. Limon C vitamini ilə zəngindir ki, bu da immuniteti gücləndirməyə, dəmirin mənimsənilməsinə və dərinin sağlamlığının qorunmasına dəstək olur.

Mütəxəssislər bildirirlər ki, limondakı sitrat böyrək daşlarının yaranma riskini azalda bilər. Bundan əlavə, limon turşusu mədə şirəsini stimullaşdıraraq həzmi yaxşılaşdırır və qidanın daha asan parçalanmasına kömək edir.