Dəm qazından zəhərlənənlərin vəziyyəti açıqlandı
Sağlamlıq
Dekabrın 11-i saat 22:00 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 2 nəfər (1 kişi, 1 qadın) Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib:
"1990-cı il (qadın) və 2010-cu il (kişi) təvəllüdlü şəxslərə dəm qazının toksik təsiri, başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmazlığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən hər iki şəxs ambulator müalicə üçün evə buraxılıblar".
Xatırladaq ki, Şamaxı rayonu Göylər kənd sakini, 35 yaşlı Ləman Alıyeva və 15 yaşlı Ayxan Alıyev dəm qazından zəhərlənmişdi.