Dərhal dayandırın - Arıqlama dərmanlarının gizli təhlükəsi

Dərhal dayandırın - Arıqlama dərmanlarının gizli təhlükəsi Sağlamlıq

Antalyada keçirilən Türkiyə Qastroenterologiya Dərnəyinin (TGD) 42-ci Milli Qastroenterologiya Konqresində mütəxəssislər son dövrlərdə arıqlama dərmanlarına olan yüksək tələbatla bağlı ciddi xəbərdarlıqlar ediblər.

News24.az-ın məlumatına görə, qastroenteroloqlar bildiriblər ki, çəki problemi olmayan, yalnız estetik görünüş üçün dərmanlardan istifadə edən şəxslər sağlamlıq riskləri ilə üzləşə bilər.

Ekspertlərin sözlərinə görə, bu dərmanların nəzarətsiz istifadəsi öd kisəsində daş əmələ gəlməsi də daxil olmaqla müxtəlif ağırlaşmalara səbəb ola bilər. Onlar vurğulayıblar ki, arıqlama dərmanları yalnız həkim təyinatı ilə və lazımi müayinələrdən sonra qəbul edilməlidir, kosmetik məqsədlə istifadəsi yolverilməzdir.

Konqresin prezidenti Prof. Dr. Ayxan Hilmi Çek tədbirdə bir çox ölkədən, o cümlədən Avropadan həkimlərin iştirak etdiyini və Türkiyənin qastroenterologiya sahəsində təcrübəsinin beynəlxalq mütəxəssislər üçün faydalı olduğunu bildirib.