Dərini kondisionerin təsirindən qorumağın yollarını açıqlandı

Dərini kondisionerin təsirindən qorumağın yollarını açıqlandı Sağlamlıq

Kondisionerin yaratdığı aşağı rütubətli hava dəridə su itkisini artıraraq quruluq, dartılma, qabıqlanma və həssaslığa səbəb ola bilər.

News24.az xəbər verir ki, bəzi hallarda dəri nəm itkisini kompensasiya etmək üçün daha çox yağ ifraz edir və nəticədə üzdə parıltı yaranır.

Dermatoloqlar kondisionerin hava axınının birbaşa üzə yönəldilməməsini, dərinin həddindən artıq yuyulmamasını və müntəzəm nəmləndirici kremdən istifadəni tövsiyə edir.

Bildirilib ki, seramid, skvalan və hialuron turşusu tərkibli vasitələr dərinin qoruyucu baryerinin dəstəklənməsinə kömək edə bilər.

Mütəxəssislər yay aylarında pilinq, skrab və turşulardan istifadənin azaldılmasını, həmçinin kifayət qədər su qəbul edilməsini məsləhət görürlər.

Rozasea, ekzema və atopiyası olan şəxslərdə isə aşağı rütubət dəridə qıcıqlanmanı daha da artıra bilər.