Diqqət: Bu, ürək-damar sisteminizi məhv edir
Sağlamlıq
Səs-küy çirklənməsi dövrümüzün ən ciddi problemlərindən biri olmaqla yanaşı ürək-damar sağlamlığı üçün də ciddi risk yaradır.
News24.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, 53 desibeldən yuxarı səs-küy ürək xəstəliyi riskini artırır, 45 desibeldən yuxarı səs səviyyəsi isə ürək ritminin pozulmasına səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, insanlar səs-küyə öyrəşdiklərini düşünsələr də, ürək-damar sistemi buna uyğunlaşmır. Onların fikrincə, uzunmüddətli səs-küy stressi bədəndə davamlı gərginlik yaradır, sükut isə əksinə, bərpaedici təsir göstərir.
Mütəxəssislər qeyd edirlər ki, səs-küy çirklənməsi təkcə eşitmə itkisinə və psixoloji problemlərə deyil, həm də yuxu pozuntularına, qan təzyiqinin yüksəlməsinə və nəticə etibarilə işemik ürək xəstəliyinə yol aça bilər.