Diqqət edin! Bu halda buzdan zəhərlənə bilərsiniz

Diqqət edin! Bu halda buzdan zəhərlənə bilərsiniz Sağlamlıq

Kafelərdə, restoranlarda və ev şəraitində istifadə olunan buz təmiz görünsə də, içində bakteriya, virus və parazitlər qala bilər.

News24.az xəbər verir ki, gigiyenik şəraitdə hazırlanmadıqda buz ürəkbulanma, qarın ağrısı, ishal və hərarət kimi əlamətlərlə özünü göstərən zəhərlənməyə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, xüsusilə yay aylarında qeyri-keyfiyyətli sudan hazırlanan buzlardan zəhərlənmə halları artır. Suyun tərkibi və buzun istehsal edildiyi mühit əsas risk faktorlarıdır. Çirkli su dondurulduqda mikroorqanizmlər məhv olmur, əksinə, buz əridikcə birbaşa orqanizmə daxil olur.

Buzun gigiyenik istehsalı, təmiz su istifadəsi və düzgün saxlanması zəhərlənmə riskini azaltmağın əsas yollarıdır.