Əgər bu əlamətlər varsa, təcili həkimə gedin

Əgər bu əlamətlər varsa, təcili həkimə gedin Sağlamlıq

Kanuni Sultan Süleyman Təhsil və Araşdırma Xəstəxanasının Daxili Xəstəliklər üzrə dosenti Dr. Murat Akarsu diabet epidemiyasının narahatedici səviyyəyə çatdığını bildirib.

News24.az xəbər verir ki, Dr. Akarsunun sözlərinə görə, şəkərli diabet mədəaltı vəzinin kifayət qədər insulin istehsal etməməsi və ya istehsal olunan insulinin toxumalara təsirindəki problemlər nəticəsində yaranan qlobal xəstəlikdir. O qeyd edib ki, bu xəstəlik artıq dünyada sürətlə yayılır.

Mütəxəssis bildirib ki, 2025-ci ildə dünya üzrə diabet xəstələrinin sayının 540 milyona çatacağı gözlənilir:

“Demək olar ki, hər 10 nəfərdən birinə şəkərli diabet diaqnozu qoyulur. Türkiyədə isə yetkin əhalinin 15 faizindən çoxunda diabet var. Bu göstərici Avropa ortalamasından yüksəkdir. Bundan əlavə, cəmiyyətdə diabetin inkişaf riski də 3 faizdən yuxarıdır”.

Dr. Akarsu şəkərli diabetin erkən simptomlarına diqqət yetirməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bəzi əlamətlər ciddi təhlükə siqnalı ola bilər:

“Həddindən artıq susuzluq, tez-tez sidiyə getmə, ağızda quruluq, əl və ayaqlarda yanma, uyuşma və yorğunluq bu xəstəliyin xəbərçisi ola bilər”.