Ekran qarşısında uzun müddət – Gözlərinizə diqqət edin!
Sağlamlıq
Rəqəmsal cihazların – telefon, planşet və kompüterlərin gündəlik istifadəsi göz sağlamlığını təhdid edən ciddi risk yaradır. Mütəxəssislər bildirirlər ki, uzun müddət yaxın məsafəyə fokuslanmaq göz əzələlərini yorur, göz səthinin qurumasına və rəqəmsal göz sindromuna səbəb olur.
News24.az xəbər verir ki, bu sindrom quru göz, yanma, qızartı, bulanıq görmə, diqqət çətinliyi, baş ağrısı və işığa həssaslıq kimi simptomlarla özünü göstərir. Xüsusilə uşaqlar və masa arxasında çalışanlar risk altındadır.
Göz yorğunluğunu azaltmaq üçün mütəxəssislər 20-20-20 qaydasını tövsiyə edirlər. Hər 20 dəqiqədən bir, 6 metr uzaqdakı bir nöqtəyə 20 saniyə baxmaq. Bundan əlavə, göz qırpmağı artırmaq, ekran məsafəsini 50–70 sm-də saxlamaq, parlaqlığı tənzimləmək və ətraf mühit rütubətinə diqqət etmək vacibdir.
Sadə erqonomik tənzimləmələr və vərdişlərin dəyişdirilməsi uzunmüddətli perspektivdə daimi göz problemlərinin qarşısını almağa kömək edə bilər.
Nilufər