Əsnəməyin bilinməyən faydaları: Beynin təbii kondisioneri
Sağlamlıq
Gündəlik həyatımızın ayrılmaz hissəsi olan əsnəmə sadə görünsə də, bədən üçün bir sıra vacib funksiyaları yerinə yetirir.
News24.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, əsnəmə yalnız yuxululuğun göstrəricisi deyil. Bu proses beynin soyudulması, əzələlərin rahatlaması, stressin azalması və diqqətin artması kimi bir çox mühüm mexanizmi işə salır.
Mütəxəssislər əsnəməni “təbii kondisioner” adlandırırlar. Dərin nəfəs və üz əzələlərinin gərilməsi nəticəsində beynə daha sərin qan axını təmin olunur, bu da həm diqqəti artırır, həm də beynin temperaturunu tənzimləməyə kömək edir. Əsnəmə oyanarkən, yuxuya gedərkən və uzun müddət hərəkətsiz qaldıqdan sonra beynin yeni vəziyyətə uyğunlaşmasını asanlaşdırır.
Əzələlər də bu proses zamanı daha çox oksigen qəbul edir, qan dövranı aktivləşir və gərginlik azalır. Bundan əlavə stress anlarında baş verən əsnəmə parasempatik sinir sistemini işə salaraq bədəni sakitləşdirir və təbii istirahət mexanizmini aktivləşdirir.