Gənənin dişlədiyi şəxs nə etməlidir? - Mütəxəssis açıqladı

Gənənin dişlədiyi şəxs nə etməlidir? - Mütəxəssis açıqladı Sağlamlıq

Gənələr borrelioz və ya ensefalit kimi təhlükəli xəstəliklərin daşıyıcılarıdır. Buna görə də gənə dişlədikdə onu ehtiyatla çıxarmaq və laboratoriyaya aparmaq lazımdır.

News24.az xəbər verir ki, bu barədə Rusiyalı tibb elmləri doktoru, xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov məlumat verib.

Mütəxəssis bildirib ki, havanın temperaturu müsbət 10 dərəcəyə çatdıqdan sonra gənələr aktiv həyat tərzinə başlayır. Gənənin dişlədiyi şəxs onu diqqətlə çıxarmalı, sıxmamağa çalışmalıdır. Əks təqdirdə viruslu tüpürcək dərinin altına keçəcək.

Bunun üçün sadə üsul mövcuddur. Gənənin üzərinə yağlı maye, kerosin və ya əlçatan vasitələrdən dırnaq lakı təmizləyicisi sürtmək lazımdır. Çünki onlar dəri vasitəsilə nəfəs alırlar. Beləliklə, gənə nəfəs ala bilməyəcək və öz-özünə çıxacaq.

Onun sözlərinə görə, aparılan araşdırma nəticəsində gənənin virus daşıyıcısı olub-olmadığı müəyyən ediləcək.

Güclü baş ağrıları ilə xarakterizə olunan borrelioz ilk iki ay ərzində müalicə oluna bilər. Bununla belə, ensefalit ciddi xəstəlikdir. Əlilliyə və digər ağır nəticələrə səbəb ola bilər.

Mütəxəssis bildirib ki, buna görə də üç ay fasilə ilə üç dəfə vaksin olunmaq çox vacibdir. /Gazeta.ru