Gülçin Vəliyeva vəfat etdi
Sağlamlıq
Gəncədə həyatının bahar çağında olan gənc xərçəngin qurbanı oldu.
News24.az Gencexeber.az-a istinadla bildirir ki, 17 yaşlı Gülçin Vəliyeva onkoloji xəstəlik səbəbilə xəstəxanada dünyasını dəyişib. 2008-ci il təvəllüdlü qız ağır vəziyyətdə Gəncədə fəaliyyət göstərən xəstəxanaların birinə çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata əsasən, Gülçin uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi.