Həkim pivə içənlərə xəbərdarlıq etdi
Sağlamlıq
Pivə kimyəvi quruluşuna görə qadın cinsi hormonlarına bənzər birləşmələrin mənbəyidir. Lakin kişilərdə hormonal dəyişikliklərə və qarın piylənməsinə pivə deyil, yüksək miqdarda alkoqol qəbulu və həddindən artıq yemək səbəb ola bilir
News24.az xəbər verir ki, bu sözləri rusiyalı qastroenteroloq Yevgeni Belousov deyib.
Ekspertin sözlərinə görə, pivənin piyləri məhz qarın nahiyəsində toplamaq kimi xüsusi xüsusiyyəti yoxdur.
“Problem başqa məsələdir: içki kifayət qədər kalorilidir, iştahanı artırır və onunla birlikdə adətən yüksək kalorili qəlyanaltılar — çips, suxari, kolbasa məhsulları, qızardılmış ət qəbul edilir. Kökəlməyə səbəb olan pivənin özü deyil, məhz artıq kaloridir”, — deyə həkim xəbərdarlıq edib.
Həkim həmçinin xatırladıb ki, pivənin tərkibində oksidləşdirici stresi azaltmaq qabiliyyətinə malik təbii antioksidantlar — polifenollar da var.
“Məhz buna görə elmi araşdırmalarda pivənin orta miqdarda qəbulu bəzən ürək-damar sistemi üçün müəyyən müsbət təsirlərlə əlaqələndirilir. Lakin bu müsbət təsirlər etanolla bağlı risklər səbəbindən əhəmiyyətini itirir”, — deyə mütəxəssis qeyd edib.