Professor Novruz Hacıyev və həmkarlarından daha bir elmi uğur: 5-ci patent

Professor Novruz Hacıyev və həmkarlarından daha bir elmi uğur: 5-ci patent Sağlamlıq

Azərbaycan Tibb Universitetinin Ümumi cərrahlıq kafedrasının professoru Novruz Hacıyev və həmkarları Avrasiya Patent Təşkilatından sevindirici xəbər alıb.

Professorun News24.az -a verdiyi məlumata görə, onlar “Xora mənşəli qastroduodenal qanaxmaların erkən residivinin proqnozlaşdırma üsulu” ixtirasının patentini əldə ediblər.

Təklif olunmuş bu üsul qastroduodenal mənşəli və qarşısı alınmış qanaxmanın baş verə biləcək residivini erkən dövrdə düzgün müalicə taktikası seçməyə, qabaqlayıcı cərrahi əməliyyat aparmağa, müalicənin nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa və ölüm faizini kəskin aşağı salmağa imkan verir.

Qeyd etmək lazımdır ki, bu, müəlliflərin Avrasiya Patent Təşkilatından son iki ildə ixtiralarına görə aldıqları aldıqları 5-ci patentdir.

Eyni zamanda bu müəlliflərin Scopus Q1 səviyyəli Beynəlxalq jurnalda – 1, Q3-də - 3 və Q4-də - 1 elmi məqalələri nəşr edilib.

Qeyd edək ki, professor Novruz Hacıyev 500-ə yaxın elmi əsərin, 8 ixtira və patentin, 3 səmərələşdirici təklifin, 1 monoqrafiya və 2 dərsliyin müəllifidir.

Professor Novruz Hacıyev və həmkarlarından daha bir elmi uğur: 5-ci patent