Hər gün məruz qalırıq - Sakitcə öldürür

Hər gün məruz qalırıq - Sakitcə öldürür Sağlamlıq

Şampun, pomada, linzalar, mətbəx əşyaları və hətta avtomobil təkərləri — gündəlik istifadə etdiyimiz çoxsaylı məhsulların tərkibində plastik mövcuddur.

News24.az-ın məlumatına görə, mütəxəssislər plastik məhsullarda minlərlə kimyəvi maddə olduğunu bildirir və onların əksəriyyətinin həm insan sağlamlığı, həm də ətraf mühit üçün təhlükəli olduğunu bildirirlər.

"PlastChem" layihəsinin son hesabatına görə, plastik məhsullarda 16 mindən çox kimyəvi maddə aşkar edilib. Bu maddələr plastikin istifadə müddəti boyunca havaya, qidaya və ətraf mühitə yayılır, bir çoxu isə kanserogen və hormon pozucu təsirə malikdir.

Qida Qablaşdırma Forumu Fondunun icraçı direktoru Jane Muncke bildirir ki, plastiklərdəki maddələrin təhlükəsizliyinə dair tənzimləmələr kifayət etmir və kosmetika, tekstil və digər sahələrdə mümkün qədər süni kimyaların azaldılması tövsiyə olunur.

Mütəxəssislər xüsusilə avtomobil şinləri, saqqız, qida qablaşdırmaları və Teflon kimi mətbəx avadanlıqlarını yüksək mikroplastik riski olan mənbələr sırasına daxil edirlər.