Hər gün yeyirik, amma zəhər saçır – Toyuğun ən zərərli 3 hissəsi
Sağlamlıq
Toyuq əti qırmızı ətə nisbətən daha ucuz və yüngül hesab olunur. Buna görə də bir çox insanın süfrəsində tez-tez yer alır.
News24.az xəbər verir ki, ukraynalı qida mütəxəssislərinin araşdırmasına görə, toyuğun üç hissəsi xüsusilə zərərli hesab olunur. Bu hissələrdə yağ, bakteriya və toksinlər çox olur.
Toyuq dərisi təxminən 40 faiz yağdan ibarətdir. Bu yağ “pis xolesterolu” artıraraq ürək və damar sağlamlığına mənfi təsir göstərir. Həmçinin bəzi istehsalçılar toyuğa təravətli görünüş vermək üçün kimyəvi maddələrdən istifadə edir və bu maddələrin qalıqları dəridə qalır.
Toyuq qanadları əsasən, sümük və dəridən ibarətdir. Qızardıldıqda yağ daha da artır. Bu, xolesterol və təzyiq problemi olan insanlar üçün risk yaradır.
Toyuğun ağciyəri "listeria" kimi bakteriyalar daşıya bilər. Bu bakteriyalar bəzən bişirmə zamanı tam məhv olmur və immun sistemi zəif olan insanlarda infeksiyalara səbəb olur.
Mütəxəssislər yalnız dərisiz, yaxşı təmizlənmiş və tam bişmiş toyuq ətinin yeyilməsini məsləhət görür. Dəri, qanad və ağciyərdən uzaq durmaq sağlamlıq üçün ən doğru seçim sayılır.
Xeyrənsə Piriyeva