Hər kəsin yediyi bu məhsul təhlükəli ola bilər!

Hər kəsin yediyi bu məhsul təhlükəli ola bilər! Sağlamlıq

Mütəxəssislər bəzi balıq məhsullarının sağlamlıq üçün risk daşıya biləcəyinə diqqət çəkiblər.

News24.az xəbər verir ki, balıq ümumilikdə sağlam qidalanmanın vacib tərkib hissəsi hesab olunsa da, onun bütün növləri eyni dərəcədə təhlükəsiz sayılmır. Xüsusilə duzlanaraq uzun müddət saxlanılan balıq məhsullarının tez-tez və davamlı istehlakı müəyyən sağlamlıq riskləri yarada bilər.

Qeyd olunur ki, bu tip məhsullar “birinci qrup kanserogenlər” kateqoriyasına aid edilir. Bu isə onların insanlarda xərçəng yaranma riskini artıran amillər sırasında yer aldığını göstərir.

Mütəxəssislər sağlamlıq baxımından bu cür qidaların istifadəsinin mümkün qədər məhdudlaşdırılmasını tövsiyə edirlər.