İsti suyu sevənlərin diqqətinə! Bu təhlükələri bilməlisiniz

İsti suyu sevənlərin diqqətinə! Bu təhlükələri bilməlisiniz Sağlamlıq

İsti su ilə uzun müddət duş almaq düşündüyünüzdən də daha təhlükəlidir.

News24.az xəbər verir ki, dermatoloq Dr. Laura Mendelin bildirir ki, yüksək temperaturlu su dərinin təbii yağ qatını sürətlə məhv edir, qoruyucu səddini zəiflədir və ekzemanın yaranmasına səbəb ola bilər. Xüsusilə qış aylarında dəridə quruluq və qıcıqlanma daha da artır.

İsti su yalnız dərimizə zərər vermir. Dr. Mendelin qeyd edir ki, çox isti su saç follikullarındakı yağ qatını zədələyərək kəpək və saç tökülməsini artırır. Onun sözlərinə görə, ideal duş suyu temperaturu 37–39°C arasında olmalıdır.

Daxili xəstəliklər üzrə mütəxəssis Prof. Daniel Wright isə əlavə edir ki, həddindən artıq isti duş qan təzyiqinin qəfil düşməsinə səbəb ola bilər. Buna görə isti duşdan sonra qəfil qalxmamaq və bədəni tədricən soyutmaq vacibdir.

Araşdırmalar göstərir ki, çox isti su dərinin faydalı bakteriyalarını azaldaraq infeksiyalara qarşı həssaslığı artırır. Mütəxəssislər isti duşun müddətini qısaltmağı və orta temperaturdan istifadə etməyi tövsiyə edirlər.