Körpəsi olanların diqqətinə: İmmuniteti gücləndirən 4 vacib tövsiyə
Sağlamlıq
Körpənin sağlam doğulması və həm ana, həm də körpə sağlamlığının qorunması üçün gələcək ananın yaşı, genetik risklər, pəhriz və həyat tərzi kimi amillər xüsusi əhəmiyyət daşıyır.
News24.az xəbər verir ki, bu barədə pediatriya mütəxəssisi Dr. Aycan Yıldız körpələrin immunitetinin gücləndirilməsi ilə bağlı danışarkən deyib.
O bildirib ki, körpəyə ilk 6 ay, mümkün olduqda isə 24 ay ana südü verilməlidir. Bu, körpənin immunitetini gücləndirən ən vacib amildir. Ana südü həm körpəni xəstəliklərdən qoruyur, həm də anada döş xərçəngi riskini azaldır.
Dr. Yıldız qeyd edib ki, 6 aydan sonra qatı qidalara mərhələli keçid edilməli, lakin "körpənin çox çəki alması sağlamlıq göstəricisidir” kimi yanlış fikirlərə aldanmamaq lazımdır. Onun sözlərinə görə, körpənin nə qədər deyil, necə qidalanması önəmlidir. Yaşa uyğun və mövsümi tərəvəzlər, balıq, ət, yumurta və paxlalılarla balanslı qidalanma immunitetin sağlam formalaşmasına kömək edir.
Nilufər