Kürək ağrısına laqeyd yanaşmayın – Vacib məqamlar açıqlandı
Sağlamlıq
Mütəxəssislər xəbərdarlıq edirlər ki, kürək ağrısı yalnız yorğunluq və ya yanlış oturuşla bağlı olmaya bilər və daha ciddi onurğa problemlərinin əlaməti ola bilər.
News24.az xəbər verir ki, Ortopediya və Travmatologiya mütəxəssisi Dos. Dr. Sezgin Bahadır Tekinin sözlərinə görə, uzunmüddətli və təkrarlanan kürək ağrıları kifozun (qozbellik) erkən əlaməti ola bilər.
Həkim bildirib ki, kifoz onurğanın normadan artıq önə əyilməsi ilə yaranır və xüsusilə yanlış duruş vərdişləri, uzun müddət masa arxasında oturma və hərəkətsiz həyat tərzi bu vəziyyəti gücləndirir.
Onun sözlərinə görə, əsas əlamətlər arasında kürək ağrısı, çiyinlərin irəli düşməsi, qozbel duruş və yorğunluq hissi yer alır. İrəliləmiş hallarda isə nəfəs darlığı və hərəkət məhdudiyyəti də müşahidə oluna bilər.
Mütəxəssis erkən diaqnozun müalicənin uğuru üçün vacib olduğunu vurğulayıb. (Sabah.com)
Nilufər