Mədə ağrısını yüngül saymayın – Ölümcül fəsadlara yol aça bilər
Sağlamlıq
Ümumi cərrahiyyə həkimi Erkal Ziylan xəbərdarlıq edib ki, uzun müddətli orucdan sonra ağır və yağlı yeməklərin qəbulu öd kisəsində qəfil sancılara səbəb ola bilər. Xüsusilə öd daşı olanlarda bu, daşların əsas öd yolunu tıxaya və nadir hallarda Mirizzi sindromu kimi ciddi fəsadlara yol aça bilər.
News24.az xəbər verir ki, Mirizzi sindromu qarın ağrısı, şişkinlik, həzmsizlik, bel və çiyin ağrısı, yüksək qızdırma, sarılıq, ürəkbulanma və qusma kimi simptomlarla müşahidə olunur. Həkim vurğulayıb ki, bu sindrom tez-tez sadə mədə ağrısı ilə qarışdırılır, amma müalicə edilməzsə, xolangit, pankreatit və qaraciyər zədələnməsi kimi ciddi problemlər yarada bilər.
Ziylan qeyd edib ki, qəti diaqnoz yalnız laboratoriya və radioloji müayinələr vasitəsilə qoyula bilər və Ramazan ayında hər mədə və qarın ağrısı diqqətlə qiymətləndirilməlidir.
Nilufər