Mütəxəssis təhlükəni belə izah etdi: Hər 10 nəfərdən 1-i risk altındadır
Sağlamlıq
Türkiyəli professor dr. Esat Korğalı bildirib ki, xroniki böyrək xəstəliyi dünyada hər 10 yetkin insandan birində görülür.
News24.az xəbər verir ki, həkim xəstəliyin çox vaxt erkən mərhələdə heç bir əlamət vermədiyini və buna görə əksər hallarda gec aşkar edildiyini bildirib. Həkim qeyd edib ki, böyrəklərin funksiyasının təxminən 90 faizi itirilənə qədər xəstəlik səssiz şəkildə inkişaf edə bilər.
Mütəxəssis vurğulayıb ki, xəstəliyin əsas risk faktorları diabet, yüksək təzyiq, piylənmə və siqaret çəkməkdir. Həkim ailəsində böyrək xəstəliyi olan şəxslərin də risk qrupuna daxil olduğu bildirilib.
Həkim erkən diaqnozun vacibliyini qeyd edərək insanların mütəmadi tibbi müayinədən keçməsini tövsiyə edib.