Narın bilinməyən faydası

Narın bilinməyən faydası Sağlamlıq

Narın müntəzəm istifadəsi uşaqlarda diş çürüməsi riskini azalda və ağız boşluğunun vəziyyətini yaxşılaşdıra bilər.

News24.az xəbər verir ki, bu nəticəyə Hindistanlı tədqiqatçıları gəliblər.

Tədqiqatda 3–6 yaş arası 500 uşaq iştirak edib. İştirakçılar iki qrupa bölünüblər. Bir qrup mütəmadi olaraq nar ekstraktı qəbul edib, digər qrup isə yalnız standart ağız gigiyenası qaydalarına əməl edib.

Dişlərin vəziyyəti kariyes indeksi ilə qiymətləndirilib, həmçinin tüpürcəyin pH səviyyəsi tədqiqatın əvvəlində, 6 və 12 ay sonra ölçülüb.

Nəticələr göstərib ki, nar qəbul edən uşaqlarda kariyesin yaranma riski və tezliyi gigiyena qaydalarına əməl edənlərdən xeyli aşağı olub. Eyni zamanda, bu qrupda tüpürcəyin pH səviyyəsi yüksəlib. Bu göstərici diş minasının qorunması ilə əlaqəlidir.

Statistik analiz göstərib ki, rasiona narın daxil edilməsi bu yaxşılaşmanın əsas amillərindən biri olub.

Tədqiqat müəllifləri bu effekti narın antibakterial və antioksidant xüsusiyyətləri ilə izah ediblər.

Bununla yanaşı, tədqiqatçılar vurğulayıblar ki, nar istifadəsi ağız boşluğu gigiyenasını əvəz edə bilməz, lakin uşaqlarda stomatoloji xəstəliklərin profilaktikasında əlavə vasitə kimi istifadə oluna bilər.