Nəfəs darlığı ciddi xəstəliklərin əlaməti ola bilər

Nəfəs darlığı ciddi xəstəliklərin əlaməti ola bilər Sağlamlıq

Nəfəs darlığı ürək və ağciyər xəstəliklərinin əsas əlamətlərindən biri ola bilər.

News24.az-ın məlumatına görə, sinə xəstəlikləri üzrə mütəxəssis Murat Yüzüak bildirib ki, nəfəs darlığının nə zaman başladığı və hansı hallarda artdığı səbəbin müəyyənləşdirilməsi üçün vacibdir.

Həkimin sözlərinə görə, nəfəs darlığı ürək çatışmazlığı, astma, KOAH və digər ağciyər xəstəlikləri ilə yanaşı, ciddi qanazlığı səbəbindən də yarana bilər.

Mütəxəssis qəfil başlayan və sürətlə şiddətlənən nəfəs darlığına xüsusi diqqət yetirməyə çağırıb. Sinə ağrısı, huşun itirilməsi, göyərmə və ya qanlı bəlğəm də varsa, təcili tibbi yardım almaq lazımdır.