Oğlunu qurtarmaq üçün 18 kq arıqladı

Oğlunu qurtarmaq üçün 18 kq arıqladı Sağlamlıq

1 yaşlı oğlunu qaraciyər çatışmazlığından xilas etmək üçün yeganə donor olan ata həkimlərin təkidi ilə arıqlayıb.

News24.az “Medicina”-na istinadən xəbər verir ki, uşaqda nadir genetik xəstəlik Alajiya sindromu aşkarlanıb.

Xəstədə anadan gəlmə öd yolları inkişaf etmir və nəticədə qaraciyər fəaliyyət göstrmir.

Kelli ailəsinin 6 uşağının 3-də bu xəstəlik var idi. 1 yaşlı Soyerdə ən ağır forma idi və qaraciyər doğumdan 1 həftə sonra imtina etdi.

Ata Şon normadan artıq kök olduğu üçün həkimlər onu təsdiqləmirdi.

Amma kişi oğlunu xilas etmək üçün ciddi pəhriz və pəhrizə keçərək, 3 ayda 18 kq arıqlayıb.

Nəticədə o, qızının donoru olub.

Artıq əməliyyat uğurla başa çatıb və uşaqda analizlər qaydaya düşüb.