Şorbanıza bir qaşıq əlavə edin, bütün qışı sağlam keçirin
Sağlamlıq
Soyuq havaların başlaması ilə qrip, soyuqdəymə və müxtəlif virus infeksiyalarının artması müşahidə olunur.
News24.az xəbər verir ki, mütəxəssislər bu dövrdə immunitet sisteminin gücləndirilməsinin xəstəliklərdən qorunmaq üçün əsas şərt olduğunu bildirirlər. Təbii üsullara üstünlük verənlərin isə son vaxtlar mətbəxdə hazırlanan sadə, lakin təsirli qarışıqlara marağı artıb.
Qış aylarında temperaturun aşağı düşməsi və insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi virusların yayılmasını sürətləndirir. Mütəxəssislərin tövsiyəsinə görə, şorbaya cəmi bir qaşıq limon və sarımsaq qarışığı əlavə etmək kifayətdir. Bu qarışıq C vitamini ilə zəngin olmaqla yanaşı, təbii antibiotik təsiri göstərərək orqanizmin infeksiyalara qarşı müqavimətini artırır.