Öskürək dərmanları ilə bağlı xəbərdarlıq
Sağlamlıq
Mütəxəssislər öskürək dərmanlarının düzgün istifadə edilməsinin vacibliyinə diqqət çəkirlər.
News24.az xəbər verir ki, bu preparatlar simptomları müvəqqəti azaltsa da, xəstəliyin əsas səbəbini aradan qaldırmır.
Həkimlərin sözlərinə görə, öskürək dərmanları tövsiyə olunan dozadan artıq və uzun müddət istifadə edilməməlidir. Öskürək bir həftədən çox davam edərsə, mütləq həkimə müraciət olunmalıdır.
Xüsusilə uşaqlarda bu dərmanların nəzarətsiz istifadəsinin riskli olduğu vurğulanır.