Oturaq həyat tərzi beyin sağlamlığına ciddi təhlükə yaradır

Oturaq həyat tərzi beyin sağlamlığına ciddi təhlükə yaradır Sağlamlıq

Mütəxəssislər uzun müddət hərəkətsiz qalmağın beyin sağlamlığı üçün riskli olduğunu bildirib.

News24.az xəbər verir ki, Fiziki Tibb və Reabilitasiya üzrə mütəxəssis Prof. Dr. Gökhan Özkoçakın açıqlamasına görə, oturaq həyat tərzi altsheymer xəstəliyi, demensiya və insult riskini artırır.

Birləşmiş Krallıqda 73 min nəfərin iştirakı ilə aparılan araşdırmada iştirakçıların fiziki aktivlik səviyyələri ölçülüb. Nəticələrə əsasən, orta və güclü fiziki fəaliyyətlə məşğul olan şəxslərdə altsheymer, demensiya və insult riski 40 faizə qədər azalır. Oturaq həyat tərzi sürənlərdə isə insult riski 54 faiz artır.

Prof. Dr. Özkoçak bildirib ki, müntəzəm idman beyin funksiyalarını qoruyur və altsheymer xəstəliyinə səbəb olan zərərli zülalların azalmasına kömək edir. Mütəxəssislər fiziki aktivliyin beyin sağlamlığının qorunmasında mühüm rol oynadığını vurğulayırlar.