Pediatr xəbərdarlıq etdi! Uşaqlarda iştahsızlığın gizli səbəbləri açıqlandı

Pediatr xəbərdarlıq etdi! Uşaqlarda iştahsızlığın gizli səbəbləri açıqlandı Sağlamlıq

Uşaq ümumilikdə sağlam görünsə də, iştahsızlıq və halsızlıq müşahidə olunursa, bunun səbəbi qurd infeksiyası və ya qan azlığı ola bilər.

News24.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova səsləndirib.

Onun sözlərinə görə, D vitamini və mineralların çatışmazlığı, eləcə də şirniyyatların həddindən artıq qəbulu da iştahsızlığa səbəb ola bilər:

“Virus infeksiyalarının ilkin diaqnozu əsasən simptomlara əsasən qoyulur. Daha sonra uşaqlardan qan analizi götürülür və ehtiyac olarsa ekspres testlər aparılır. Uşağın vəziyyəti tələb edərsə, döş qəfəsinin rentgen müayinəsi də təyin edilə bilər. Virus infeksiyaları zamanı antibiotiklər təsir göstərmir. Çünki viruslar bakteriya deyil və antibiotiklər onlara qarşı effektiv deyil. Əksinə, antibiotiklərin əsassız qəbulu zərər verə və uşaqlarda antibiotiklərə qarşı davamlılıq (rezistentlik) yarada bilər. Bu isə gələcəkdə həqiqətən lazım olduqda antibiotiklərin təsirsiz qalmasına səbəb ola bilər. Hər hansı virusəleyhinə dərmanların özbaşına qəbulu məsləhət görülmür. Dərmanlar yalnız həkim tövsiyəsi ilə qəbul edilməlidir".