Qarın ağrısı deyib keçdi – - Qoyulan diaqnoz onu şoka saldı
Sağlamlıq
Qarın nahiyəsində bilinməyən şiddətli ağrılarla həkimə müraciət edən 22 yaşlı gənc qadına xərçəng diaqnozu qoyulub.
News24.az xəbər verir ki, bu barədə pasientin özü - Sidney sakini Şarlott L. sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında insanları sağlamlıqları barədə diqqətli olmağa çağırıb.
“Qarın nahiyəmdə şiddətli ağrılar hiss etməyə başladım. Çoxları kimi gözard etdim. Qeyri-sağlam qidalanma, qadınlara məxsus menstruasiya kimi müxtəlif səbəblərlə əlaqələndirdim. Zaman keçdikcə ağrılar daha da gücləndi, amma yenə də həkimə görünməyə tərəddüd edirdim. Nəhayət yaxın rəfiqəmin təkidi ilə qastroenteroloqa müraciət etdim. Və eşitdiklərim məni şoka saldı”,- o deyib.
Şarlott L. bildirib ki, ona müayinədən sonra bağırsaq diaqnozu qoyulub.
"Bağırsaq xərçəngi diaqnozu qorxulu görünə bilər, amma vaxtında müayinə olunmamaq və əlamətləri gizlətmək daha ağır nəticələrə səbəb ola bilər. Qastroenteroloq əvvəlcə məni sakitləşdirməyə çalışdı, lakin sonra dedi ki, bu yaşda belə bir diaqnoz olduqca nadir haldır. Cərrahi müdaxilə və səkkiz kurs kimyaterapiyadan sonra ilkin müalicə uğurlu nəticə verdi”.
Mütəxəssislər bildirir ki, bağırsaq xərçəngi hallarının 54 faizinin qarşısını almaq mümkündür. Bunun üçün əsas şərt – bədənimizdə baş verən dəyişikliklərə biganə qalmamaq və vaxtında tibbi yardıma müraciət etməkdir.
Nigar İlyasqızı