Qəbizlikdən xilas olmaq istəyənlər üçün 4 qızıl məsləhət

Qəbizlikdən xilas olmaq istəyənlər üçün 4 qızıl məsləhət  Sağlamlıq

Bağırsaqların fəaliyyətinin ləngiməsi qəbizlik probleminə səbəb olur. Qidalanma vərdişləri qəbizliyin əsas səbəblərindən biri olmaqla yanaşı, bəzi xəstəliklərin yan təsiri kimi də meydana çıxa bilər.

News24.az xəbər verir ki, qəbizlikdən qorunmaq üçün aşağıdakı təbii üsullar faydalıdır:

Belə ki, lif bağırsaqda hərəkətliliyin tənzimlənməsinə kömək edir. Tam taxıllar, tərəvəzlər, meyvələr və paxlalılar lif baxımından zəngindir. Xüsusilə armud, əncir, alma və yulaf qəbizlik şikayətlərini azaltmaqda təsirlidir.

Kifayət qədər su qəbul etmək də qəbizlikdən qorunmaq və həzm sisteminin normal işləməsi üçün vacibdir. Gündə ən azı 8–10 stəkan su içmək bağırsaqların nəmlik balansını qoruyur. Səhər acqarına içilən bir stəkan ilıq su bağırsaq fəaliyyətini təbii şəkildə oyadır. Suya bir neçə damcı limon əlavə etmək həzmə əlavə dəstək verir.

Təbii zeytun yağı bağırsaq divarlarını yumşaldır. Səhərlər acqarına bir xörək qaşığı zeytun yağı içmək həzm sistemini hərəkətə gətirir, bağırsaqları yağlayır və qəbizlik hissini azaldır. Lakin həddindən artıq istifadə edilməməlidir.

Hərəkətsiz həyat tərzi bağırsaq əzələlərinin zəifləməsinə və qəbizliyin artmasına səbəb ola bilər. Daimi gəzinti, yoqa və yüngül idman bağırsaq hərəkətlərini sürətləndirir. Gündə 20–30 dəqiqəlik sürətli gəzinti belə həzmə böyük dəstək verir və bədəni aktiv saxlamaq həzm sisteminin təbii ritmini qoruyur.