Qəlyan çəkənlər vərəmə yoluxa bilər

Qəlyan çəkənlər vərəmə yoluxa bilər Sağlamlıq

Qəlyandan istifadə zamanı vərəmə yoluxma riski barədə xəbərdarlıq edilib.

News24.az xəbər verir ki, qəlyanın adi siqaret çəkməkdən daha təhlükəsiz olması ilə bağlı yayılan məlumatların əsassız olduğu vurğulanıb.

Bildirilib ki, qəlyanın borusunda vərəm çöpləri yaşaya bilər. Onun tüstüsünü nəfəsə çəkmək isə eyni vaxtda bir neçə siqaret çəkməyə bərabərdir.

Bir dəfə qəlyan çəkməklə insanın orqanizminə siqaretlə müqayisədə onlarla dəfə çox nikotin daxil olur.

Məlumata görə, qəlyan çəkmək bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər. Bunlara xərçəng, ürək-damar və reproduktiv sistem xəstəlikləri, eləcə də tənəffüs yolları və ağciyər xəstəlikləri daxildir.

Ağızlıqlar mütəmadi olaraq dəyişdirilsə belə, vərəmə yoluxma riski qalır. Çünki vərəm törədicisi qəlyanın borularında uzun müddət yaşaya bilər.

Nəticədə ürək və qan damarları daha çox yüklənir, neyromediatorların fəaliyyəti pozulur və insult, eləcə də infarkt riski artır.

Digər məlumata görə isə bir saat qəlyan çəkməyin 100 siqaret çəkməyə bərabər olduğu bildirilib.