Qış aylarında yorğunluğun səbəbi açıqlandı
Sağlamlıq
Qış aylarında günəş işığının azalması D vitamini çatışmazlığına səbəb olur.
News24.az xəbər verir ki, bu da yorğunluq, əzələ və oynaq ağrıları, tez-tez infeksiyalara yoluxma və əhval-ruhiyyə pozğunluğu ilə özünü göstərə bilər.
Daxili Xəstəliklər üzrə mütəxəssis Dr. Nilufər İmanlının sözlərinə görə, D vitamini bədən üçün həyati əhəmiyyət daşıyır və onun əsas mənbəyi günəş işığıdır. Qızılbalıq, yumurta sarısı və D vitamini ilə zənginləşdirilmiş süd məhsulları da faydalıdır.
Mütəxəssis xəbərdarlıq edir ki, D vitamini preparatları həkim məsləhəti olmadan qəbul edilməməlidir. Həddindən artıq qəbul ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.