Qışın təbii antibiotiki - Kələm turşusu

Qışın təbii antibiotiki - Kələm turşusu Sağlamlıq

Qış aylarında immuniteti gücləndirən və bağırsaqların sağlam işləməsinə kömək edən ən faydalı qidalardan biri kələm turşusu hesab olunur.

News24.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yeməklərə əlavə edilən cəmi iki çəngəl kələm turşusu orqanizm üçün olduqca əhəmiyyətli fayda verir.

Bu ənənəvi qida nəsildən-nəslə ötürülən qış hazırlıqlarının əsas hissəsidir. Fermentasiya yolu ilə hazırlanan kələm turşusu qış boyu süfrələrin ayrılmaz parçası sayılır.

Mütəxəssislər bildirirlər ki, kələm turşusu təbii probiotik mənbəyidir və immun sistemini gücləndirməklə yanaşı, bağırsaq florasının balansını qoruyur. Professor Canan Karatay da daxil olmaqla bir çox mütəxəssis bu qidanın müntəzəm istehlakını tövsiyə edir.

Dietoloq Aleksis Supan isə qeyd edir ki, kələm turşusu yalnız ənənəvi ləzzət deyil, həm də müasir tibbdə “super qida” kimi dəyərləndirilən qədim bir şəfa mənbəyidir.