Qorxudan xəstəlik - Daha çox ofis işçiləri arasında yayılır
Sağlamlıq
Son dövrdə geniş yayılan bursit (oynaq kisəsinin iltihabı) adlı oynaq problemi xüsusilə ofis işçilərində daha çox müşahidə olunur.
News24.az-ın məlumatına görə, çiyin, dirsək, diz və ayaq ətrafında yaranan bu xəstəlik güclü ağrı və şişliklə özünü göstərir və vaxtında müalicə olunmadıqda hərəkət məhdudiyyətinə səbəb ola bilər.
Bədənimizdə sümük, əzələ və vətərlər arasında qoruyucu yastıq rolunu oynayan “bursa” adlı kiçik kisəciklərin iltihablanması nəticəsində bursit yaranır. Təkrarlanan hərəkətlər edən şəxslərdə daha çox rast gəlinir. Ən çox çiyin, dirsək və bud oynaqlarında müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, bursitin əsas səbəbi oynaqlara uzunmüddətli təzyiq və eyni hərəkətin təkrar-təkrar edilməsi ilə bağlıdır. İdmançılar, dülgərlər, bağça işçiləri və uzun müddət diz üstə işləyən insanlar risk qrupundadır. Bundan başqa, revmatoid artrit, qot və şəkərli diabet də bursit ehtimalını artırır.