Qorxulu virus yenidən yayılır - Qonşu ölkədə

Qorxulu virus yenidən yayılır - Qonşu ölkədə Sağlamlıq

Rusiyanın bir neçə regionunda COVID19 xəstəliyinə yoluxma hallarında artım qeydə alınıb.

News24.az xəbər verir ki, son bir həftə ərzində yoluxma hallarının artımı Novqorod, Samara, Saratov, Moskva vilayəti, Mariy El Respublikası, Primorsk diyarında qeydə alınıb.

Hazırda virusun dominant ştammı “Stratus” kimi tanınan XFG variantıdır.

Xəstəlik yüksək temperatur (təxminən 39°C), dad və qoxu hissinin itməsi, ümumi zəiflik, güclü bədən ağrıları, həmçinin burun və ya boğaz selikli qişasının spesifik şişməsi ilə müşayiət olunur.

Rusiyanın sanitar-epidemioloji rifaha nəzarət və istehlakçı hüquqlarının qorunmasına cavabdeh olan qrumu isə ölkədə vəziyyətin sabit olduğunu bildirib.

Qurumun məlumatına görə, son həftə ərzində 4,7 min COVID19-a yoluxma qeydə alınıb ki, bu da əvvəlki həftənin göstəricisi ilə eynidir.

Qeyd edək ki, fevralın sonunda Rusiyada pnevmoniya xəstəliyinə yoluxma hallarında da artım qeydə alınıb.