Qrip peyvəndi başqa viruslardan qorumur? – Həkimdən gözlənilməz açıqlama

Qrip peyvəndi başqa viruslardan qorumur? – Həkimdən gözlənilməz açıqlama Sağlamlıq

"Qrip peyvəndi başqa respirator viruslardan birbaşa qorumur. Qripə qarşı vaksin məxsusən qrip infeksiyasına (qrip A və qrip B) qarşı spesifik immunitetin formalaşması üçün hazırlanır, hər növbəti epidemik fəsildə mühitdə dövr edəcək ştamlar proqnozlaşdırılaraq vaksinin tərkibi müəyyən edilir".

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib.

Mütəxəssis bildirib ki, qrip peyvəndi digər KRVİ-dan (rinovirus, adenovirus, respirator-sinsitial virus, paraqrip və s.) qorumur. Buna baxmayaraq, dolayı effekt də mövcuddur.

"Bəzi tədqiqatlar göstərir ki, qripə qarşı vaksinasiya immun sistemi aktivləşdirərək, ümumilikdə immuniteti gücləndirir. Bu effektin hesabına peyvənd olunmuş şəxslər ümumilikdə daha az xəstələnirlər və ya digər KRVİ-nı yüngül keçirirlər. Vaksinasiyanın əsas məqsədi qripin qarşısının alınmasıdır. Belə ki, məhz qrip ən çox təhlükəli respirator xəstəlikdir, daha çox halda ağır fəsadlara, bəzən isə hospitalizasiyaya gətirib çıxarır. Əgər insan peyvəndin hesabına qripdən qorunubsa, onun orqanizmi digər, daha az təhlükəli KRVİ ilə daha yaxşı mübarizə etməyə hazır olur", - deyə o qeyd edib.