Qrip təhlükəsi: Ölümcül ola bilər
Sağlamlıq
Havaların soyuması ilə H3N2 virusunun yayılması sürətlənib.
News24.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu virus adi qripdən daha ağır keçə və hətta ölümlə nəticələnə bilər.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Duran Tok bildirib ki, H3N2 A qrupuna aid qrip virusudur və bu il əvvəlki illərlə müqayisədə daha geniş yayılıb. Onun sözlərinə görə, virus tənəffüs yollarının qoruyucu mexanizmlərini zəiflədir və xəstəliyin ağır, uzunmüddətli keçməsinə səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, xəstəlik xüsusilə 5 yaşdan kiçik uşaqlarda, 50 yaşdan yuxarı şəxslərdə, xroniki xəstəliyi olanlarda, hamilə qadınlarda və artıq çəkili insanlarda daha ağır keçir. H3N2 qızdırma, baş ağrısı, öskürək, halsızlıq, əzələ və oynaq ağrıları ilə müşahidə oluna bilər, bəzi hallarda isə qızdırmasız da keçə bilər.
Prof. Dr. Tok əhalini şəxsi gigiyenaya riayət etməyə, izdihamlı məkanlardan uzaq durmağa və risk qruplarına daxil olanları qrip peyvəndi olunmağa çağırıb.