Səhər acqarına kofe içənlərin nəzərinə!
Sağlamlıq
Səhər acqarına içilən qəhvənin arıqlamağa kömək etdiyi düşünülsə də, mütəxəssislər bunun hər insan üçün eyni təsir göstərmədiyini bildirirlər.
News24.az xəbər verir ki, qəhvənin tərkibindəki kofein maddələr mübadiləsini sürətləndirə və qısa müddətli enerji artımı yarada bilər. Lakin bu, birbaşa yağ yandırılması demək deyil.
Mütəxəssislərin sözlərinə görə, acqarına qəhvə içmək mədədə turşuluğu artıra, şişkinlik və narahatlıq yarada bilər. Həssas mədəsi olan insanlarda isə bu vəziyyət daha çox hiss olunur.
Qəhvə sidikqovucu təsir göstərsə də, kifayət qədər su qəbul edilmədikdə bədən susuzluğa qarşı maye toplamağa başlayır. Bu isə ödem və çəkidə müvəqqəti artım hissi yarada bilər.
Ekspertlər səhər qəhvə içən şəxslərə gün ərzində kifayət qədər su qəbul etməyi tövsiyə edirlər.