Səhər qəti bu saatlarda oyanmayın: Sağlamlığa zərərli imiş

Səhər qəti bu saatlarda oyanmayın: Sağlamlığa zərərli imiş Sağlamlıq

Elm adamları xəbərdarlıq edirlər ki, səhər saat 6-dan əvvəl oyanmaq insan sağlamlığı üçün mənfi təsirlər yarada bilər.

News24.az bildirir ki, insan bədəni gecə boyunca müxtəlif yuxu mərhələlərindən keçir. Xüsusilə saat 03:00–05:00 arası dərin yuxu mərhələsi baş verir. Bu vaxt məcbur oyanmaq ürək və beyin üzərində ani yük yaradaraq, ürək krizi və beyin damar tıxanması kimi ciddi riskləri artırır.

Həmçinin bioloji ritmin pozulması uzunmüddətli yuxu pozuntularına, baş ağrısına, diqqət dağınıqlığına və metabolik problemlərə səbəb ola bilər. Yaşlılar üçün risklər daha yüksəkdir və yuxu saatlarının fərdi bioloji saatla uyğunlaşdırılması sağlamlıq baxımından vacib sayılır.