Sərhədləri aşıb gəlir: Dünyanı dəhşətli yoluxma gözləyir
Sağlamlıq
Dünyanı yeni potensial pandemiyalar gözləyir.
News24.az-ın xəbərinə görə, ekspertlər bildirirlər ki, bir sıra virus və xəstəliklər sərhədləri aşaraq müxtəlif ölkələrdə geniş yayılma riski daşıyır. Bu risk xüsusilə əhalinin peyvəndləmə səviyyəsinin aşağı düşməsi, sağlamlıq sistemlərindəki fasilələrlə əlaqədardır.
Quş qripi əvvəllər əsasən quşlarda yayılsa da, yeni variantları insanlara keçə bilər və ciddi yoluxma halları ilə nəticələnə bilər. Meymun çiçəyi, köhnə bir xəstəlik olmasına baxmayaraq, son illərdə yeni variantları bir sıra ölkələrdə yayılaraq qlobal riskləri artırır.
"Oropouche" virusu isə əsasən Amazon bölgəsində yayılsa da, ağcaqanad və digər həşəratlar vasitəsilə daha geniş ərazilərə yayılma ehtimalı var. Bir sıra viruslara qarşı peyvəndlənmənin azalması səbəbindən onların yenidən artmaq ehtimalı güclənib və ictimai sağlamlıq üçün ciddi narahatlıq yaradır.