Səssiz təhlükə yaxınlaşır: Dünyanı təhdid edən yeni virus

Səssiz təhlükə yaxınlaşır: Dünyanı təhdid edən yeni virus Sağlamlıq

Dünya əhalisi əvvəlkindən daha çox səyahət edir, iqlim dəyişiklikləri tropik xəstəliklərin yeni coğrafiyalara sirayət etməsinə şərait yaradır, urbanizasiya isə virusların daha sürətli yayılmasına imkan verir.

News24.az xəbər verir ki, ekspertlərin sözlərinə görə, bütün bunlar yeni epidemiyaların çox daha qısa müddətdə qlobal təhlükəyə çevrilməsi riskini artırır.

Dr. Kuppalli qeyd edir ki, qlobal səhiyyə sistemləri koronavirus pandemiyasından sonra müəyyən təcrübə qazansa da, bu təcrübə yeni xəstəliklərin qarşısını almaq üçün yetərli deyil:

“Viruslar dəyişir, mutasiyalar artır, bakteriyalar antibiotiklərə davamlı olur. Biz isə hələ də yeni epidemiyalara tam hazır deyilik”.

Mütəxəssislər bildirirlər ki, xüsusilə antibiotiklərə davamlı bakteriyalar gələcək onilliklərdə ən böyük təhdidlərdən biri ola bilər. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il yüz minlərlə insan ənənəvi antibiotiklərin təsir göstərmədiyi infeksiyalar səbəbindən həyatını itirir.

Digər təhlükə isə tropik zonalardan dünya ölkələrinə yayılan virusların artmasıdır. İqlim dəyişikliyi səbəbilə ağcaqanadların çoxaldığı regionların genişlənməsi "Zika", "Dengue" və "Chikungunya" kimi virusların daha geniş ərazilərdə yayılma riskini yüksəldir.