Səhərlər yorğun oyanmaq ciddi xəstəliklərin əlaməti ola bilər – Mütəxəssis xəbərdarlıq edir
Sağlamlıq
Kifayət qədər yatmağa baxmayaraq, səhərlər əzginlik, yorğunluq və bədən ağrısı hiss olunması təkcə gündəlik stress və ya iş yükü ilə bağlı olmaya bilər.
News24.az xəbər verir ki, mütəxəssislər bu əlamətlərin iltihablı revmatizm də daxil olmaqla bir sıra ciddi xəstəliklərin ilkin göstəricisi ola biləcəyini bildiriblər.
Revmatologiya üzrə mütəxəssis Dr. Yeliz Zahiroğlu qeyd edib ki, bu sahədə ən böyük problemlərdən biri diaqnozun gec qoyulmasıdır. Onun sözlərinə görə, ankilozan spondilit, revmatoid artrit və psoriatik artrit kimi xəstəliklər vaxtında aşkarlanmadıqda oynaqlarda qalıcı zədələrə, hətta hərəkət məhdudiyyətinə səbəb ola bilər.
Mütəxəssis bildirib ki, xəstələr çox vaxt səhər yaranan sərtlik və ağrıları adi yorğunluq və ya bel yırtığı ilə səhv salırlar. Lakin “səhər tutulması” adlanan bu hal iltihablı revmatizmanın əsas əlamətlərindən biridir.
Dr. Zahiroğlu vurğulayıb ki, erkən diaqnoz və düzgün müalicə ilə xəstəliyin irəliləməsinin qarşısını almaq və normal həyata qayıtmaq mümkündür. Lakin müalicə prosesinin həkim nəzarəti olmadan aparılması və ya dərmanların özbaşına dayandırılması ciddi fəsadlara yol aça bilər. (sabah.com)
Nilufər