Tez-tez üşüməyinizin səbəbi bu imiş - Həkimlər açıqladı

Tez-tez üşüməyinizin səbəbi bu imiş - Həkimlər açıqladı Sağlamlıq

Həkimlər bildirirlər ki, davamlı üşümə yalnız soyuq hava ilə bağlı deyil və bəzən müxtəlif sağlamlıq problemlərinin əlaməti ola bilər.

News24.az xəbər verir ki, mütəxəssislərə görə, normal temperaturda belə tez-tez üşümək orqanizmdə müəyyən pozuntulardan xəbər verə bilər.

Ən çox rast gəlinən səbəblərdən biri anemiyadır (qanazlığı). Qanda oksigen daşıyan hüceyrələrin azalması bədənin istilik balansına təsir göstərir və üşümə hissi yaradır. Digər mühüm səbəb qalxanabənzər vəzinin zəif fəaliyyəti – hipotiroidizmdir. Bu zaman maddələr mübadiləsi yavaşlayır və orqanizm kifayət qədər istilik istehsal edə bilmir.

Qan dövranının zəif olması da xüsusilə əl və ayaqlarda soyuqluq hissinə səbəb olur. Raynaud sindromu zamanı isə damarların daralması nəticəsində barmaqlarda keyimə və üşümə müşahidə edilir. Həkimlər həmçinin şəkərli diabetin sinir uclarına təsir edərək soyuqluq hissi yarada biləcəyini qeyd edirlər. Susuz qalma (dehidrasiya) da bədənin temperatur tənzimləməsini pozaraq üşüməni artıra bilər.